Dağıstan Respublikası Xalq Məclisinin sədri, Hökumətlərarası Komissiyanın həmsədri Xizri Şixsəidovdan
29 may 2014, 17:30
Hörmətli İlham Heydər oğlu,
Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dağıstan və Azərbaycan xalqları arasında tarixən yaranmış mehriban qonşuluq ənənələrini, çoxtərəfli Rusiya-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsini yüksək qiymətləndirərək əmin olduğumu bildirirəm ki, Dağıstan ilə Azərbaycanın dostluğu, qarşılıqlı anlaşması və əməkdaşlığı daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, qardaş Azərbaycan xalqına sülh, sabitlik və firavanlıq arzu edirəm.
Hörmətlə,
Xizri Şixsəidov
Dağıstan Respublikası Xalq Məclisinin sədri,
Hökumətlərarası Komissiyanın həmsədri