Monteneqronun Prezidenti Filip Vuyanoviçdən


29 may 2014, 16:20
Zati-aliləri,
28 May - Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Monteneqro ilə Azərbaycan arasında əlaqələr həmişə səmimi dostluğa əsaslanmışdır. Əminəm ki, gələcək əməkdaşlığımız, dövlətlərimiz və xalqlarımız arasında əlaqələr daha da möhkəmlənəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, beynəlxalq aləmdə ölkələrimiz arasında nümunəvi əlaqələrin göstəricisi olan əməkdaşlığımızın inkişafına verdiyiniz şəxsi töhfələrinizi yüksək qiymətləndirdiyimizi bir daha ali diqqətinizə çatdırmaq istərdim. Ümumbəşəri dəyərlərə hörmət prinsipinə müştərək yanaşmamız qlobal sabitlik və tərəqqinin bərqərar olması istiqamətində atdığımız addımların göstəricisidir.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Filip Vuyanoviç
Monteneqronun Prezidenti