Ukrayna Prezidenti vəzifəsini icra edən, Ukrayna Ali Radasının sədri Aleksandr Turçinovdan
Text size
29 may 2014, 17:00
Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Ukrayna Azərbaycan ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq bundan sonra da qarşılıqlı anlaşma və etimad əsasında möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
Aleksandr Turçinov
Ukrayna Prezidenti vəzifəsini icra edən,
Ukrayna Ali Radasının sədri