Ukraynanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Pyotr Poroşenkoya
Text size


28 may 2014, 15:30
Hörmətli cənab Prezident,
Ukraynada keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan ilə Ukrayna arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 may 2014-cü il.