“Russneft” Açıq Səhmdar Cəmiyyətinin Prezidenti Mixail Qutseriyevdən
Text size
28 may 2014, 14:25
Hörmətli İlham Heydər oğlu,
Sizi dövlət bayramınız – Azərbaycan Respublikası Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik hökm sürür, iqtisadiyyat dinamik inkişaf edir, vətəndaşların rifahı yüksəlir və ölkənin beynəlxalq nüfuzu artır. Əminəm ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə ölkənizin inkişafı yolunda daim yeni-yeni uğurlar qazanacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə və bütün Azərbaycan xalqına ən xoş və ən səmimi arzularımı çatdırır, ölkənizə daha firavan həyat diləyirəm.
Hörmətlə,
Mixail Qutseriyev
“Russneft” Açıq Səhmdar Cəmiyyətinin
Prezidenti