Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu idarə heyətinin sədri Əli Sarıqayadan
28 may 2014, 14:20
Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun idarə heyətinin və üzv təşkilatlarının adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və tərəqqi arzu edirik.
Biz Sizin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun İslam Əməkdaşlıq Təşkilatı tərkibində beynəlxalq qurum kimi formalaşmasına və inkişafına göstərdiyiniz davamlı dəstəyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gəncləri arasında dostluğun möhkəmlənməsinə və inkişafına xidmət edən bu dəstək regionumuzun digər liderlərinə nümunədir.
Biz Azərbaycan Hökumətinin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun fəaliyyətinə göstərdiyi dəstəyə görə Sizə təşəkkür edirik.
Zati-alinizə Azərbaycan Respublikasının inkişafı, gənclərin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Əli Sarıqaya
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı
Gənclər Forumu idarə heyətinin sədri