logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan

Text size icon-size icon-size

27 may 2014, 17:35

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizi, qardaş Azərbaycan xalqını və hökumətini səmimi qəlbdən təbrik edirəm. Bu bayramın xalqınız və ölkəniz üçün daha böyük inkişaf və rifahla əlamətdar olmasını ən xoş arzularla diləyirik.

Fürsətdən istifadə edərək, azadlıq, öz müqəddəratını təyinetmə və torpaqlarımızın işğalına son qoymaq və müstəqil Fələstin Dövləti qurmaq uğrunda apardığımız mübarizədə göstərdiyiniz qətiyyətli dəstəyə və həmrəyliyə görə Zati-alinizə dərin təşəkkürümüzü çatdırmaq istərdim.

Zati-aliləri, bir daha səmimi təbriklərimizi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik diləyir, xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq münasibətlərinin inkişafını arzulamaqdan sonsuz məmnunluq duyuram.

Hörmətlə,

Mahmud Abbas

Fələstin Dövlətinin Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi