logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əflatun Bayramov və başqalarından, Lerik, Azərbaycan

Text size icon-size icon-size

27 may 2014, 10:30

Hörmətli cənab Prezident!

Bu gün Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir ki, hər bir vətəndaş dövlətin qayğısını öz həyatında daim hiss edir. Bütün şəhər və kəndlərimizdə əhalinin yaşayış səviyyəsi durmadan yüksəlir, onları narahat edən problemlər aradan qaldırılır.

Bizim yaşadığımız Bürsülüm kəndinin yolu yaxşı vəziyyətdə olmadığına görə sakinlərimiz gediş-gəliş zamanı əziyyət çəkirdilər.

Biz bu barədə Sizə müraciət etdik. Sizin göstərişinizlə Piran-Bürsülüm avtomobil yolunda təmir işləri aparıldı. İndi kəndimizin əhalisi həmin yoldan rahatlıqla istifadə edir.

Hörmətli cənab Prezident! Bizə göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı və razılığımızı bildiririk. Dövlətçiliyimizin möhkəmləndirilməsinə və inkişafına, xalqımızın firavanlığına xidmət edən şərəfli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Biz Sizin siyasətinizi bəyənir və dəstəkləyirik. Uca Tanrı Sizi qorusun!

Hörmətlə,

Şiriyev Qasım
Bayramov Əflatun,
Quliyev Kamal və başqaları.
Azərbaycan Respublikası, Lerik rayonu, Bürsülüm kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi