Litva Respublikasının Prezidenti Zati-aliləri xanım Dalya Qribauskayteyə


26 may 2014, 16:33
Hörmətli xanım Prezident,
Litva Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Litva tarixində ilk dəfə Dövlət başçısının bu ali vəzifəyə təkrar seçilməsi Sizə xalqınız tərəfindən göstərilən etimadın ifadəsidir.
Bu gün Azərbaycan ilə Litva arasındakı münasibətlər dinamik inkişaf yolundadır. Ümidvaram ki, xalqlarımızın iradəsindən qaynaqlanan dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Litva xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 may 2014-cü il.