Elşən Hüseynovdan, Gəncə, Azərbaycan


17 may 2014, 13:00
Hörmətli cənab Prezident!
Gəncə şəhərinə göstərdiyiniz diqqət və qayğınıza görə Sizə öz təşəkkürümü bildirirəm. Sizin bu diqqət və qayğınızın nəticəsi olaraq şəhərimiz gündən-günə gözəlləşir və abadlaşır. Sadəcə binalar, küçələr deyil, tarixi, dini, memarlıq abidələri də öz görünüşü, tarixi xüsusiyyətləri saxlanmaqla yenidən qurulur. Sizin “İmamzadə” kompleksinin bərpasının tamamlanmasına dair 2014-cü il 16 may tarixli Sərəncamınız bu qayğının bariz nümunəsidir. Biz hər zaman Sizin bizə olan sevginizi, məhəbbətinizi görür, duyur və hiss edirik.
Hörmətli cənab Prezident! Gəncənin bütün sakinləri Sizə uzun ömür, cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırlar. Allah Sizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin!
Hörmətlə,
Hüseynov Elşən Rövşən oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.