logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Norveçin Kralı Əlahəzrət V Haralda

Text size icon-size icon-size

16 may 2014, 18:15

Əlahəzrət,

Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Norveç arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 may 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi