Mavritaniya İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd uld Əbdüləzizə
Text size
27 noyabr 2010, 16:30
Hörmətli cənab Prezident,
Mavritaniyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı sahəsində qarşılıqlı səylərimiz daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 noyabr 2010-cu il.