logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktorunu qəbul etmişdir

Text size icon-size icon-size

14 may 2014, 15:30

Prezident İlham Əliyev Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrini qəbul etmişdir.

Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri Bakının gözəl bir şəhər olduğunu məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı Bakının gündən-günə inkişaf etdiyini, siyasi, iqtisadi və digər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini vurğuladı.

Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi