logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aydın Baxşıyevdən, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

14 may 2014, 12:10

Hörmətli cənab Prezident!

Oğlum Akif Vətənimiz uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. O, şəhid olana qədər mənim övladım idisə, indi bütün qədirbilən Azərbaycan xalqının oğludur. Çətin və ağır anlarımızda dövlətimizin dəstəyini hiss etmişik. Bizə lazımi diqqət və qayğı göstərilir. Biz bunu hər bir azərbaycanlının Prezidenti olaraq Sizin vətəndaşlara olan qayğısının nəticəsi hesab edirik.

Bütün bunlara görə Sizə şəxsən öz adımdan, ailəm və yaxınlarım adından dərin minnətdarlığımı, hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

Baxşıyev Aydın Şəmsəddin oğlu, şəhid atası.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Çəmənli kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi