logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tural Nəbiyevdən, Horadiz, Azərbaycan

Text size icon-size icon-size

09 may 2014, 11:10

Hörmətli cənab Prezident!

Bizim yaşadığımız Horadiz şəhəri rayonumuzun 22 yaşayış məntəqəsinin azad olunduğu, Ulu Öndərimizin formalaşdırdığı milli ordunun düşmənlərə gücünü göstərdiyi ilk və sonuncu rayondur.

Atəşkəsin imzalanmasından artıq 20 il keçir. Bu müddət ərzində ölkəmiz, ordumuz güclənmiş, iqtisadiyyatımız dirçəlmiş, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün böyük tədbirlər həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, gənclərimizin milli vətənpərvərlik hissi daha da yüksəlmişdir. Gənclər adından Sizin əmrinizə müntəzir olduğumuzu bildirmək istəyirik. Torpaqlarımızı işğaldan azad etmək üçün Sizin əmrinizi gözləyirik. Sizi əmin edirik ki, bu gün nə Ermənistan, nə erməni ordusu bizim qarşımızda dayanacaq gücdə deyildir. Bu gün düşmənlə təmas xəttində yerləşən rayonların əhalisi güclü ordumuza arxalanaraq çox rahat şəkildə yaşayır. 

Cənab Prezident, biz Sizə inanır və Sizinləyik!

Dərin hörmətlə,
Nəbiyev Tural.

Azərbaycan Respublikası, Horadiz şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi