Məsmə Ağaverdiyevadan, Bakı, Azərbaycan


09 may 2014, 11:00
Möhtərəm cənab Prezident!
Azərbaycan milli incəsənəti və mədəniyyəti yolunda keçdikləri yaradıcılıq fəaliyyətləri ilə bağlı bir qrup incəsənət xadiminə, o cümlədən mənə göstərdiyiniz etimada - Prezident mükafatına layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Mədəniyyət işçilərinə göstərdiyiniz diqqət bir daha sübut edir ki, Siz həqiqətən mədəniyyətimizin böyük hamisi və qayğıkeşisiniz.
Hörmətli cənab Prezident! Sizə can sağlığı, uzun ömür və müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə fəaliyyətinizdə sonsuz uğurlar arzulayıram.
Dərin hörmətlə,
Ağaverdiyeva Məsmə Aslan qızı, Əməkdar artist,
Akademik Milli Dram Teatrının aktrisası.
Azərbaycan Respublikası, Bakı şəhəri.