logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sevinc Hüseynli və Sahib Paşazadədən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

09 may 2014, 11:45

Möhtərəm cənab Prezident!

Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz iqtisadi cəhətdən sürətlə inkişaf etdiyi kimi, incəsənət sahəsində də intibah dövrünə qədəm qoymuşdur. İndi Azərbaycan incəsənətinin qazandığı parlaq nailiyyətlər xalqımızın mənəvi zövqünü zənginləşdirməklə yanaşı, ölkəmizin şöhrətini bütün dünyada yayır. Siz bu sahədə çalışan sənətkarlarımızın fəaliyyətini yüksək qiymətləndirir, onlara daim qayğı göstərirsiniz. Sizin Sərəncamınızla Prezident mükafatı alan incəsənət xadimləri arasında öz adımızı görəndə hədsiz dərəcədə sevindik. Buna görə Sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Hüseynli Sevinc və Paşazadə Sahib, Əməkdar artistlər,

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri. Azərbaycan Respublikası, Bakı şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi