logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Gülbacı İmanova və Xurşid Abdullayevadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

08 may 2014, 10:50

Hörmətli cənab Prezident!

İndi ölkəmiz bütün sahələrdə olduğu kimi musiqi sahəsində də misilsiz nailiyyətlər qazanır. Milli musiqimiz öz ecazkarlığı ilə təkcə Azərbaycanın deyil, bütün dünyanın dinləyicilərini heyran qoyur. Bu nailiyyətlər, ilk növbədə, Sizin bu sahəyə göstərdiyiniz əvəzsiz diqqət və qayğıdan irəli gəlir. Öz həyatını incəsənətə həsr etmiş bir çox insanlar kimi biz də Sizin bu diqqət və qayğınızı hər zaman hiss etmişik. Bizi növbəti dəfə Prezident mükafatına layiq gördüyünüzə görə ürəkdən sevinir və fəxr edirik.

Möhtərəm Prezident! Bizə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildirir, cansağlığı və uzun ömür arzulayırıq.

Hörmətlə,

İmanova Gülbacı, Xalq artisti, Dövlət Xor Kapellasının bədii rəhbəri,
Abdullayeva Xurşid, Əməkdar artist, Kapellanın direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi