İbrahim Əliyevdən, Ağstafa, Azərbaycan
Text size


08 may 2014, 10:30
Möhtərəm cənab Prezident!
Azərbaycanın Xalq şairi Hüseyn Arifin anadan olmasının 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunması barədə Sizin imzaladığınız Sərəncam “Ağstafa” qəzetinin əməkdaşlarını, oxucularını, eləcə də bütün ağstafalıları ürəkdən sevindirmişdir.
Azərbaycan xalqının qəlbində əbədi yaşayan Hüseyn Arifin yubileyinin keçirilməsi ilə əlaqədar verdiyiniz Sərəncama görə Sizə dərin minnətdarlığımı bildirir, ölkəmizin çiçəklənməsi naminə məqsədyönlü fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram.
Hörmətlə,
Əliyev İbrahim Məmmədrza oğlu, “Ağstafa” qəzetinin Baş redaktoru.
Azərbaycan Respublikası, Ağstafa rayonu.