logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin görüşü olmuşdur

Text size icon-size icon-size

06 may 2014, 21:50

Tbilisidə Prezident İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, münasibətlərimizin regional əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olundu. Ölkələrimizin birgə səyləri ilə həyata keçirilən irimiqyaslı layihələrin bölgə və dünya üçün önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Tbilisidə keçirilən üçtərəfli Sammitinin əhəmiyyəti qeyd edildi, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyindən əminlik ifadə olundu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi