logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü olmuşdur

Text size icon-size icon-size

06 may 2014, 14:47

Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin üçtərəfli görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi, Tbilisi Sammitinin münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcəyi diqqətə çatdırıldı. Azərbaycan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən qlobal layihələrin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti vurğulandı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi