Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həmid Kərzaiyə
Text size


05 may 2014, 18:10
Hörmətli cənab Prezident,
Ölkənizin şimal-şərqində baş vermiş irimiqyaslı təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 may 2014-cü il.