Behruz Haxverdiyev və Nurbəniz Niftəliyevadan, Naxçıvan, Azərbaycan


05 may 2014, 11:30
Hörmətli cənab Prezident!
Azərbaycan Teatrının inkişafında özünəməxsus yeri olan Naxçıvan Dövlət Musiqili Dram Teatrı Sizin qayğınız sayəsində fəaliyyətini daha da təkmilləşdirərək xalqımızın mədəni və ictimai həyatında mühüm rol oynayır. Siz daim teatrımızın fəaliyyəti ilə maraqlanır, kollektivimizin əməyini yüksək qiymətləndirirsiniz. Bu, bizi çox sevindirir və daha səylə çalışmağa ruhlandırır.
Bu il aprelin 30-da imzaladığınız Sərəncamla bizə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsindən qürur duyur və buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Haxverdiyev Behruz, əməkdar artist, Niftəliyeva Nurbəniz,
Naxçıvan Dövlət Musiqilı Dram Teatrının əməkdaşları.
Azərbaycan Respublikası, Naxçıvan MR.