logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Akif Mirabovdan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

02 may 2014, 11:30

Möhtərəm cənab Prezident!

Siz ulu öndərimiz Heydər Əliyevin ənənələrini davam etdirərək Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük qayğı göstərir, bu sahədə çalışanların rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayırsınız. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında bu il aprelin 30-da imzaladığınız Sərəncam bunu bir daha təsdiq edir. Mükafat alanların arasında öz adımı görəndə sevincim ikiqat artdı.

Möhtərəm cənab Prezident! Qocaman aktyor və teatr xadimi kimi 46 illik səhnə fəaliyyətimi yüksək qiymətləndirərək məni mükafatlandırdığınız üçün Sizə təşəkkürümü bildirir, cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.

Böyük hörmətlə,

Mirabov Akif Əhməd oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi