logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Kərimovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

29 aprel 2014, 13:40

Çox hörmətli cənab Prezidentimiz!

Müdrik Azərbaycan xalqı öz seçimində yanılmadığı bütün sahələrdə özünü doğrultmaqdadır. Sizin Praqa Sammitində erməni prezidentinə verdiyiniz sərt və tutarlı cavab bütün türk dünyası, o cümlədən xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Bu qətiyyətli çıxışınız Türkiyə-Azərbaycan dostluğunun dönməzliyini bir daha sübut etməklə bərabər, bizim çox da uzaqda olmayan qələbəmizə olan ümidlərimizi daha da artırdı. Düşmən dəyirmanına su tökənlərin, Azərbaycanın uğurlarını gözü götürməyənlərin bütün cəhdlərinə baxmayaraq, Siz bütün sahələrdə böyük uğurlar qazanaraq xalqımız, dövlətimiz üçün səylə çalışırsınız. Bu, bizi daim ruhlandırır. Biz hər zaman Sizinləyik, Sizi dəstəkləyirik.

Tanrı Sizi qorusun! Uca Allah Sizi xalqımıza çox görməsin! Amin!

Hörmətlə,

Kərimov İlham Məmmədalı oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi