Nasim Quliyevdən, Ağcabədi, Azərbaycan
Text size


29 aprel 2014, 13:00
Çox hörmətli cənab Prezident!
Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdırdığınız üçün Quliyevlər ailəsi adından Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizin düşünülmüş və məqsədyönlü siyasətinizi bəyənir və dəstəkləyirik. Sizin rəhbərliyinizlə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanımız regionda və dünyada söz, nüfuz sahibinə çevrilmişdir.
Hörmətli cənab Prezident! Sizə və ailənizə cansağlığı, firavanlıq diləyir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Quliyev Nasim Məmmədhəsən oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonunun Hindarx qəsəbəsi.