Sahib Cabbarovdan, Gəncə, Azərbaycan


28 aprel 2014, 14:15
Hörmətli cənab Prezident!
Sizin dünyaya nümunə ola biləcək mədəni davranışınız, siyasi səbirliliyiniz, dünya siyasətçilərini heyran edən qətiyyətli, məntiqli çıxışlarınız bizi çox sevindirir və həqiqətən Azərbaycanımızla, azərbaycanlı olmağımızla fəxr edirik. Sizə ürək sözlərimiz çoxdur. Aqrar sahədə çalışan alimlər adından bildirmək istəyirik ki, biz Sizinlə qürur duyuruq. Siz bizim daim arzu etdiyimiz rəhbərsiniz. Sizin Praqa Sammitində möhtəşəm çıxışınız bir daha onu göstərdi ki, Sizi sevən Azərbaycan xalqı öz seçimində yanılmamışdır.
Möhtərəm Prezident! Sizə və Sizin şəxsinizdə Azərbaycanın mənafeyi üçün çalışan bütün ailə üzvlərinizə cansağlığı, xoşbəxt həyat arzulayır və dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Cabbarov Sahib, aqrar elmlər doktoru.
Azərbaycan Respublikası, Gəncə şəhəri.