logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Moldovanın keçmiş Prezidenti Petru Luçinskini qəbul etmişdir

Text size icon-size icon-size

27 aprel 2014, 14:00

Prezident İlham Əliyev Moldova Respublikasının keçmiş Prezidenti Petru Luçinskini qəbul etmişdir.

Keçmiş Prezident Petru Luçinski Azərbaycanın böyük şairi, dahi Nizami Gəncəvinin Moldovada dörd dildə nəşr olunmuş müdrik kəlamlarından ibarət kitabı dövlətimizin başçısına təqdim etdi.

Görüşdə Azərbaycan ilə Moldova arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olundu.
 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi