Oğuz Tolqadan, İstanbul, Türkiyə
Text size


26 aprel 2014, 16:15
Çox hörmətli Prezident İlham Əliyev!
Bu gün Türkiyədə hamı Sizin Praqa Sammitində çox möhtəşəm çıxışınızdan danışır. Sizin Ermənistan prezidentinə verdiyiniz tutarlı cavab əsl dostluq nümunəsi, qardaşlıq dəstəyidir. Biz bir daha əmin olduq ki, çətin məqamlarda xalqlarımız da, ölkələrimiz də, dövlət rəhbərlərimiz də bir-birinə arxa-dayaqdırlar. Türkiyənin haqq işini dəstəklədiyinizə görə xalqım adından, şəxsən öz adımdan Sizə minnətdarlıq edir, möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
Hörmətlə,
Tolqa Oğuz.
Türkiyə Respublikası, İstanbul şəhəri.