logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yusuf Koncadan, İstanbul, Türkiyə

Text size icon-size icon-size

26 aprel 2014, 15:50

Can Azərbaycanımızın Prezidenti! 

Praqa Sammitində Sarkisyanı sarsıdan çıxışınıza görə Sizi ürəkdən alqışlayıram. Olmadığımız yerdə var olduğumuzu göstərən cəsarətinizə görə Sizə öz adımdan, Türkiyə xalqı adından dərin təşəkkürümü bildirirəm. Siz bu çıxışınızla dostluq və qardaşlıq sədaqətinizi, ayrı dövlətlər olsaq da, eyni millət olduğumuzu dostlarımıza da, düşmənlərimizə də bir daha sübut etdiniz.
Cənab Prezident, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına dərin ehtiramımı bəyan edirəm. 

Hörmətlə,

Konca Yusuf Fethi, təqaüdçü.
Türkiyə Respublikası, İstanbul şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi