Bayram Tarakçıdan, İzmir, Türkiyə


26 aprel 2014, 15:40
Hörmətli cənab Prezident İlham Əliyev!
Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyi ilə bağlı Praqada keçirilən Sammitdə Ermənistan prezidenti Sarkisyanın qondarma “erməni soyqırımı” ilə əlaqədar Türkiyəni ittiham etməsinə verdiyiniz tutarlı cavabınız üçün Sizə təşəkkürümü bildirirəm. Cumhurbaşqanımın bu cəsarətli cavabı bir türk olaraq məni çox qürurlandırdı. Bu, əsl qardaş dəstəyi idi. Bu, Azərbaycan və Türkiyə xalqlarının birliyinin, həmrəyliyinin ifadəsi idi. Bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir. Azərbaycan-Türkiyə birliyi ən böyük sərvətimizdir.
Dərin hörmətlə,
Tarakçı Bayram İbrahim, dövlət qulluqçusu.
Türkiyə Respublikası, İzmir şəhəri.