logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sıddık Demirkırandan, Qaziantep, Türkiyə

Text size icon-size icon-size

26 aprel 2014, 15:35

Hörmətli Prezident İlham Əliyev!

Praqa Sammitində Ermənistan prezidentinə verdiyiniz cavab Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını dünyaya nümayiş etdirdi. Bu, əsl qardaşlıq, əsl dostluq nümunəsidir. Türkiyə vətəndaşı olaraq ölkəmi müdafiə etdiyinizə görə Sizə təşəkkürümü bildirir, qətiyyətinizdən, cəsarətinizdən qürur duyuram. Allah Sizin kimi liderlərimizi başımızdan üstündən əskik etməsin. Qardaşlığımızın daimi və möhkəm olmasını sübut edən bu addımınız ortaq türk tariximizin heç vaxt yaddan çıxmayacaq səhifələrindən biridir. 

Qəlbimin dərinliklərindən gələn səmimiyyətlə deyirəm: Eşq olsun Sizə!

Hörmətlə,
Demirkıran Sıddık Şükrü, iş adamı.
Türkiyə Respublikası, Qaziantep şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi