Sami Kanat Aktaşdan, Bursa, Türkiyə


26 aprel 2014, 15:20
Hörmətli Prezident İlham Əliyev!
Praqa Sammitindəki çıxışınızla ulu öndər Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millətin iki dövlətidir” kəlamının həqiqət olduğunu bir daha sübut etdiniz. Ermənistan prezidentinə verdiyiniz tutarlı cavaba, qətiyyətli mövqeyinizə görə Sizə dərin ehtiramımı bildirirəm. Azərbaycandakı qanı-kökü bir olan qardaşlarımız kimi, biz Türkiyədəki qardaşlarınızın da daim Sizinlə çiyin-çiyinə yanınızda olacağımızı bilməyinizi istəyirəm. Türkiyə-Azərbaycan dostluğuna verdiyiniz töhfəyə görə Sizə - Ali Baş Komandana bir hərbiçi kimi ürəkdən təşəkkür edirəm.
Dərin hörmətlə,
Aktaş Sami Kanat, hərbiçi.
Türkiyə Respublikası, Bursa şəhəri.