Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra
Text size


26 aprel 2014, 16:20
Əlahəzrət,
Ölkənizin milli bayramı – Kral günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu yaxınlarda III Nüvə Təhlükəsizliyi Sammiti ilə bağlı Niderlanda etdiyim səfərdən məmnunam. İnanıram ki, Azərbaycan ilə Niderland arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 aprel 2014-cü il