Zafer Bektaşdan, Türkiyə Respublikası


26 aprel 2014, 15:10
Dəyərli Cumhurbaşqanım!
Sizi ürəkdən alqışlayıram. Haberturk.com saytında Sizin Praqa Sammitindəki cəsarətli çıxışınızı oxudum. Türkiyədə Sizi – qardaş Azərbaycanın Cumhurbaşqanını müdrik lider kimi tanıyır və sevirlər. Sammitdə dediyiniz “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam” sözləriniz Sizə olan sevgimizi birə-on artırdı. Halal olsun Sizə. Allah Sizi qorusun! Siz qətiyyətli cavabınızla erməninin dərsini verdiniz. Allah-Taala Sizi daim güclü etsin ki, türkün gücünün təkcə Türkiyədən deyil, dünyanın hər yerindən eşidildiyi məlum olsun. Sizə hörmətim və sevgim min dəfə artdı. Qardaşlıq dəstəyinə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Zafer Bektaş.
Türkiyə Respublikası.