İlham Əliyev Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanı qəbul etmişdir
Text size
26 aprel 2014, 13:00
Prezident İlham Əliyev Latviya Respublikasının keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olundu.
Söhbət zamanı əməkdaşlığımızın daha da inkişaf etdirilməsində Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyəti vurğulandı.