logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəna Hüseynovadan, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

25 aprel 2014, 15:45

Hörmətli cənab Prezident!

Övladım Azərbaycan Texniki Universitetinin ikinci kursunda ödənişli əsaslarla təhsil alır. Siz “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Sərəncam imzalamaqla bir çox ailələr kimi mənim də ailəmə böyük sevinc bəxş etdiniz. Belə ki, övladımın təhsil haqqını ödəmək mənim üçün çox çətin idi. Hazırda birinci kursun təhsil haqqını ödəmişəm. Sizin sayənizdə övladım ikinci kurs təhsil haqqından azad edilmişdir. Hətta övladım əlavə təqaüd də alır. Bütün bunlara görə Sizə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm. Sizə prezidentlik fəaliyyətinizdə uğurlar arzulayıram. 

Hüseynova Rəna Yusif qızı,
təqaüdçü.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi