Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Text size
24 noyabr 2010, 20:00
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilsin.
II. Bu Qanun 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2010-cu il.