İlham Əliyev Praqada Moldova Prezidenti Nikolae Timofti ilə görüşmüşdür
Text size
24 aprel 2014, 22:05
Prezident İlham Əliyev Praqada Moldova Respublikasının Prezidenti Nikolae Timofti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulandı, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edildi.
Söhbət zamanı Avropa İttifaqı ilə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.