T.Həsrətov və M.Qurbanovdan, Zaqatala, Azərbaycan


23 aprel 2014, 10:55
Hörmətli cənab Prezident!
Ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərdiyiniz diqqət və qayğı daim artmaqdadır. Bu, özünü aqrar islahatların həyata keçirilməsində, subsidiyaların şəffaf verilməsinin təmin edilməsində, kənd təsərrüfatı texnikasının alınmasında və digər tədbirlərin görülməsində göstərir. Sizin tapşırıqlarınıza uyğun olaraq mütəxəssislər tez-tez bizimlə görüşür, torpağın becərilməsi, təhlükəli zərərli orqanizmlərinə qarşı mübarizə aparılması sahəsində yaxından kömək edirlər. Bütün bunlar bizim işimizin təkmilləşməsinə, məhsul istehsalını artırmağımıza səbəb olur. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Həsrətov T
Qurbanov M.
Azərbaycan Respublikası, Zaqatala rayonu.