logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Qazaxıstanın müdafiə nazirini qəbul etmişdir

Text size icon-size icon-size

21 aprel 2014, 17:30

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının müdafiə naziri Serik Axmetovu qəbul etmişdir.

Müdafiə naziri Serik Axmetov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, Qazaxıstanın müdafiə naziri Serik Axmetovun Azərbaycana səfərinin müdafiə sahəsində də əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

Prezident İlham Əliyev Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi