N.Y.Sadıqovun Ağdam rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


16 aprel 2014, 17:41
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Nizami Yəhya oğlu Sadıqov Ağdam rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2014-cü il.