logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Paşa Niyazovdan, Sabirabad, Azərbaycan

Text size icon-size icon-size

16 aprel 2014, 12:35

Hörmətli cənab Prezident!

Regionların inkişafına göstərdiyiniz diqqət sayəsində bizim kəndimizdə də böyük abadlıq işləri həyata keçirilir. Kəndimizə qaz xətti çəkilmiş, yollarımız asfaltlanmışdır. Kəndimizin siması xeyli dəyişmiş, həyat şəraitimiz yaxşılaşmışdır. Bütün bunlar bizi çox sevindirir.

Hörmətli cənab Prezident! Görülən bu işlər Sizin apardığınız düzgün siyasətin nəticəsidir. Bütün bunlara görə Sizə öz minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, həmişə dövlətimizin başında olasınız.

Hörmətlə,

Niyazov Paşa.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Əhmədabad kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi