Heybət Həsənov və başqalarından, Lerik, Azərbaycan


12 aprel 2014, 11:45
Hörmətli cənab Prezident!
Hər bir azərbaycanlı kimi biz leriklilər də hər zaman Sizin diqqət və qayğınızı hiss edirik. Son illər respublikamızın hər yerində olduğu kimi Lerik rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Ən ucqar kəndlərdə müasir tələblərə cavab verən məktəblərin və yolların tikintisi, qaz xəttinin çəkilməsi, körpülərin salınması və digər işlər bunun bariz nümunəsidir.
Sərhəd rayonu olan Lerikin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün yeni modul tipli elektrik stansiyasının tikilməsi sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.
Son on ildə Sizin rəhbərliyiniz altında ölkəmizin əldə etdiyi uğurlar ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Sizin tərəfinizdən uğurla davam etdirilən müdrik siyasətin və uzaqgörənliklə hazırlanmış neft strategiyasının təntənəsidir.
Möhtərəm Prezident! Uzun illərdən bəri öz həllini gözləyən problemimizin – 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun Sizin 14 sentyabr 2013-cü il tarixli Sərəncamınızla yenidən tikilməsi 50-dən çox kəndin sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Hazırda tikinti işləri böyük sürətlə aparılır. Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir, doğma Azərbaycanımızın inkişafı və çiçəklənməsinə xidmət edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Şingədulan kənd ağsaqqalları və sakinləri adından böyük hörmətlə,
Həsənov Heybət
Əbdülov Gülağa
İsmayılov İsa
Mirzəyev Şübər
Nəzərov Arif
Qasımov Aşur və başqaları (cəmi 25 imza).
Azərbaycan Respublikası, Lerik rayonu.