logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İkram Əliyev və başqalarından, Gədəbəy, Azərbaycan

Text size icon-size icon-size

12 aprel 2014, 12:00

Hörmətli cənab Prezident!

Memarı ulu öndər Heydər Əliyev olan müasir Azərbaycanımız uğurlu iqtisadi siyasət nəticəsində son illər dünyanın aparıcı ölkələrindən birinə çevrilmişdir. Respublikanın hər bir bölgəsi kimi Gədəbəy rayonu da sürətlə inkişaf edir, genişmiqyaslı abadlıq, quruculuq işləri aparılır, yeni yollar çəkilir. Sizin diqqət və qayğınız nəticəsində bu işlər bizim Miskinli kəndindən də yan keçməmişdir. Əvvəllər çox bərbad vəziyyətdə olan və bir hissəsi Sizin müvafiq Sərəncamınıza əsasən asfaltlaşdırılmış Qarıkənd-Miskinli-Çalburun avtomobil yolunun qalan hissəsinin tikintisinə vəsait ayrılması barədə 2014-cü il 31 mart tarixli Sərəncamınız Miskinli kənd sakinlərini böyük sevincə qərq etmişdir. Biz inanırıq ki, yolun qalan hissəsi də yüksək keyfiyyətlə tikiləcək və uğurla başa çatdırılacaqdır.

Möhtərəm Prezident! Doğma Azərbaycanımızın rifahı naminə gördüyünüz bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Əliyev İkram Müseyib oğlu
Sadıqov Şiroğlan Fərman oğlu
Abdullayev Qalib Sayad oğlu
Gülməmmədov Telman İsmayıl oğlu və başqaları.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Miskinli kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi