logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Uyğun milli teletibb sistemlərinin yaradılması, onların gələcək inkişafı və istifadəsində MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında” Sazişin təsdiqi və həmin Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

11 aprel 2014, 21:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış “Uyğun milli teletibb sistemlərinin yaradılması, onların gələcək inkişafı və istifadəsində MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında” Saziş (Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə) təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi