Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd İlham Əliyevə telefonla zəng etmişdir
Text size
22 noyabr 2010, 19:44
Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunmuşdur.
Azərbaycan və Suriya prezidentləri ikitərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.