A.Ş.Mehdiyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda Azərbaycan Respublikasının Kuba Respublikasında, Yamaykada, Nikaraqua Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


11 aprel 2014, 18:40
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Aqşin Şəfaət oğlu Mehdiyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda Azərbaycan Respublikasının Kuba Respublikasında, Yamaykada, Nikaraqua Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il.