Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


11 aprel 2014, 18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Feldyeger rabitəsi orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:
Bağırov Ramiz Sabir oğlu
Hüseynli Fuad Məhəmməd oğlu
Mahmudov Vaqif Yunis oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:
Hacıyev Lətif Balaşirin oğlu
Nəbiyev Vahid Cavad oğlu
Nəzirov Vaqif Cəlal oğlu
Nuri Ağa-Əli Tofiq oğlu
Quliyev Yaşar Cəmiyyət oğlu
Ramazanov Nurəddin Alov oğlu
Sultanov Samir Həsənağa oğlu
Teymurov Əkrəm Qələmşah oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il.