Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti rəisinin müavini E.Q.Novruzova feldyeger xidməti general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


11 aprel 2014, 17:55
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti rəisinin müavini, feldyeger xidməti polkovniki Elmar Qəzənfər oğlu Novruzova feldyeger xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il.